Kadi əməliyyat olundu
“Krasnodar”ın qış fasiləsində “Qarabağ”dan transfer etdiyi Kadi Borges əməliyyat olunub.
Sportfm.az xəbər verir ki, bunu braziliyalı yarımmüdafiəçinin agenti Helsio Alisk "Sport24.ru"ya açıqlamasında deyib.
O, Kadinin durumunun yaxşı olduğunu bildirib.
Xatırladaq ki, Kadi "Spartak” Premyer Liqa matçında rəqibin yarımmüdafiəçisi ilə toqquşub. Bundan sonra Kadi huşunu itirib. Dili qatlanan futbolçuya rəqibin kapitanı Cikia yardım edib. Epizoddan sonra özünə gələn Kadi 51-ci dəqiqədə elektromobillə meydandan çıxarılıb. Daha sonra o, təcili-tibbi yardım maşını ilə xəstəxanaya aparılıb. Beyni silkələnən futbolçunun üz sümüyündə sınıq da aşkarlanıb. O, bu mövsüm "Krasnodar"a kömək etməyəcək.
Qeyd edək ki, Kadi Borges bu mövsüm “Krasnodar”ın heyətində keçirdiyi 11 oyunda 3 qol vurub, 1 məhsuldar ötürmə verib.
Oxşar xəbərlər
Kadi üçün mövsüm bitdi
Kadinin durumuna aydınlıq gəldi - AÇIQLAMA
Kadinin durumuna aydınlıq gəldi - AÇIQLAMA
Kadi zədələndi
Kadi Borges “Qarabağ”dan ayrıldı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası