reklam
Kadinin yeni klubu bəlli oldu
Sportfm.az xəbər saytı

Kadinin yeni klubu bəlli oldu


"Qarabağ"ın sabiq futbolçusu Kadi Borges "Krasnodar"dan ayrılıb.

Sportfm.az xəbər verir ki, braziliyalı yarımmüdafiəçi "Ferentsvaroş"a keçib. Bu barədə Macarıstan klubunun rəsmi saytı məlumat yayıb.

İlkin açıqlamada 28 yaşlı oyunçu ilə imzalanan müqavilənin müddəti barədə məlumat verilməyib.

Kadinin "Qarabağ"a keçəcəyi haqda da xəbərlər yayılmışdı.

Qeyd edək ki, Kadi Borges 2021-2023-cü illər ərzində "Qarabağ"da çıxış edib. O, 2023/24 mövsümündə Rusiya klubunun heyətində bütün turnirlərdə 33 oyun keçirib, 4 qol vurub, 3 qolun isə ötürməsini edib.

Oxşar xəbərlər

"Qarabağ" Kadi üçün təklif göndərdi - AÇIQLAMA
Kadi əməliyyat olundu
Kadi “Krasnodar”ın futbolçusu oldu - FOTO
Rusiya klubu Kadi transferini açıqladı
Kadi Borges “Qarabağ”dan ayrıldı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər