Millimizin futzalçısı Rusiya klubuna qayıtdı
Azərbaycan millisinin futzalçısı Rafael Vilela Rusiyanın "Tümen" komandasına qayıdıb.
Sportfm.az xəbər verir ki, bu barədə klubun icraçı direktoru Denis Xarin "asnta.ru" saytına açıqlama verib.
O bildirib ki, 29 yaşlı hücumçu bir mövsümlük Qazaxıstan "Kayrat"ına icarəyə verilsə də, vaxtından əvvəl "Tümen"ə dönüb: "Bu, Çempionlar Liqasında iştirak edən Qazaxıstan təmsilçisinin heyətini gücləndirmək məqsədi daşıyırdı. Amma komanda “dördlər finalı”na çıxa bilmədiyi üçün futzalçıdan qayıtmasını və Rusiya çempionatında bizə kömək etməsini xahiş etdik. "Kayrat" da buna razılaşdı".
Xarin braziliyalı futzalçının özünü daha yaxşı tərəfdən göstərəcəyinə inanır: "Ümid edirik ki, bu dəfə futzalçıya öz mövqeyində şans veriləcək və klub ondan maksimum yararlanacaq".
Oxşar xəbərlər
Millimizin üzvü "Sportinq"ə keçir
Yığmamızın futzalçısı Rusiya klubundan ayrılır
Millimizin iki futzalçısı klubunu dəyişdi - Transfer
Millimizin üzvü Qazaxıstan klubunda
Milli komandamızın futzalçısı "Tümen"lə anlaşdı - FOTO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası