Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Millimizin üzvü Qazaxıstan klubunda
Futzal üzrə Azərbaycan millisinin və “Araz-Naxçıvan”ın hücumçusu Hadi Ahmadi karyerasını Qazaxıstan klubunda davam etdirəcək.
Sportfm.az xəbər verir ki, bu barədə Azərbaycan Futzal Federasiyası məlumat yayıb. 27 yaşlı futzalçı “Bayterek” klubu ilə anlaşıb. Forvard Uralsk təmsilçisi ilə may ayına qədər müqavilə üçün razılığa gəlib.
Qeyd edək ki, “Bayterek” hazırda Qazaxıstan çempionatında 6-cı pillədə qərarlaşıb. Komanda dekabrın 11-də və 12-də “Kayrat”la qarşılaşacaq. Hadinin bu oyunlarda iştirak edəcəyi gözlənilir.
Oxşar xəbərlər
Azərbaycan millisinin üzvü Qazaxıstan klubunda
Azərbaycan millisi Afinaya bu heyətlə yollanır - Dünya çempionatı
Yığmamızın iki futzalçısına şəhərdən çıxmaq qadağası qoyuldu
Millimiz Qazaxıstana yollandı
Azərbaycan millisinin heyəti açıqlandı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin