reklam
Mbappedən daha bir uğur
Sportfm.az xəbər saytı

Mbappedən daha bir uğur


Fransa millisinin və PSJ klubunun futbolçusu Kilian Mbappe 2022-ci ildə vurduğu qolların sayını 50-yə çatdırıb. 

Sportfm.az xəbər verir ki, 24 yaşlı hücumçu buna Qətərdə keçirilən dünya çempionatında Danimarka ilə matçda (2:1) dubl etməklə nail olub. 

Forvard hazırda bu göstəriciyə çatan ilk oyunçudur. 2021-ci ildə 51 dəfə fərqlənən Mbappe XXI əsrdə ardıcıl iki ildə 50 və daha çox qol vuran üçüncü futbolçu kimi tarixə düşüb. 

Portuqaliya millisinin hücumçusu Kriştianu Ronaldo ardıcıl 7, argentinalı Lionel Messi isə 6 dəfə buna müvəffəq olub. Messi ümumilikdə karyerasında 9 dəfə bunu bacarıb. 

  Futbolçu Ölkə Say İl (qollar)
         
  Lionel Messi  Argentina 9 2010(60), 2011(59), 2012(91), 2014(58), 2015(52), 2016(58), 2017(54), 2018(51), 2019(50)
  Kriştianu Ronaldo Portuqaliya 7 2011(60), 2012(63), 2013(69), 2014(61), 2015(57), 2016(55), 2017(53)
  Robert Levandovski Polşa 3 2017(53), 2019(54), 2021(69)
  Zlatan İbrahimoviç İsveç 2 2012(50), 2016(50)
  Kilian Mbappe  Fransa 2 2021(51), 2022(50)

 

Oxşar xəbərlər

Ronaldo yeni uğura imza atdı
Ronaldo siyahıda yoxdur - Messi isə zirvədədir
Benzema Messi və Ronaldunu təkrarladı - Het-trik etməklə
Mbappe İbrahimoviçə çatdı - Qol sayında
Messi 2007-ci ildən sonra...

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər