İnfantino onları atəşkəsə səslədi -DÇ-2022-yə görə
FİFA prezidenti Canni İnfantino G20 ölkələrinin liderlərini DÇ-2022-yə görə Ukraynada atəşkəsi təmin etməyə çağırıb.
Sportfm.az xəbər verir ki, o, bu barədə G20 ölkələrinin sammitində bildirib. İnfantino deyib:
“Rusiya DÇ-2018-ə ev sahibliyi etdi. Ukrayna isə 2030-cu ildə mundiala ev sahibliyi etmək istəyir. Növbəti çempionat çox yaxında başlayacaq. Bununla bağlı sizə bir təklifim var: müvəqqəti atəşkəslə razılaşın. Heç olmasa, bu, DÇ-2022 müddətində, 1 aylıq olsun. Yaxud iki tərəf arasında dialoqa doğru ilk addım atılmalıdır. Mümkün humanitar dəhlizlərin təşkili və ya buna bənzər bir şey haqqında danışıqlar aparılmalıdır".
Həmçinin İnfantino sammitə DÇ-2022 rəsmi topunu özü ilə gətirib. O, çıxışının sonunda naharda iştirak edən G20 liderlərinin hər birindən bunu imzalamağı xahiş edib.
Qeyd edək ki, G20-yə Argentina, Avstraliya, Braziliya, Kanada, Çin, Fransa, Almaniya, Hindistan, İndoneziya, İtaliya, Yaponiya, Meksika, Rusiya, Səudiyyə Ərəbistanı, Cənubi Afrika, Cənubi Koreya, Türkiyə, Böyük Britaniya, ABŞ və Avropa İttifaqı daxildir.
Əlavə edək ki, DÇ-2022 noyabrın 20-dən dekabrın 18-dək Qətərdə keçiriləcək.
Oxşar xəbərlər
DÇ-2034-ün finalına ev sahibliyi edəcək ölkə açıqlandı
"Dünyada üç min il ərzində etdiklərimizə görə üzr istəməliyik" - FİFA prezidenti
“Dünya çempionatı keçiriləcək” - Canni İnfantino
İnfantino inadından əl çəkmir
Əmir topu Rusiyadan aldı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin














Misli Premyer Liqası