Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
"İslam Oyunlarına hazırlıq turniri kimi baxırdıq" - Rəqib baş məşqçi
U-23 yığmamız İslam Oyunlarının qızıl medallarını qazanıb. Sportfm.az xəbər verir ki, final matçından sonra Oman komandasının baş məşqçisi Həmid Əl Əzini mətbuat konfransında bunları deyib:"Maraqlı oyun oldu. Biz İslam Oyunlarına hazırlıq turniri kimi baxırdıq. Əsas məqsəd Qırğızıstanda keçiriləcək Asiya Çempionatına hazırlaşmaqdır. İslam Oyunlarında iştirak edən komandanın sıralarında əsas millimizin cəmi iki üzvü çıxış edirdi. Düşünürəm ki, gənc futbolçularla finala qədər irəliləməyimiz yaxşı nəticədir".
Qeyd edək ki, Oman millisinin heyətində əsasən 1996-97-ci ilə təvəllüdlü futbolçular yer alırdı.
Oxşar xəbərlər
Yaşar Vahabzadə:"Baş məşqçi olmaq istəmirəm!"
U-23 yığmamız İslamiadanın qalib oldu
İslam Oyunlarında 40-cı qızıl medalı qazandıq
Növbəti İslam Oyunlarının harada keçiriləcəyi məlum oldu
Bakı-2017: Türkiyə yığması yenə məğlub oldu
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası