reklam
Sportfm.az xəbər saytı

"Murov" Avstriya klubunu yendi -Çağırış Kuboku


Kişi voleybolçulardan ibarət "Murov" klubu Çağırış Kubokunda bu gün növbəti oyununu keçirib.

Sportfm.az xəbər verir ki, Fərid Cəlalovun baş məşqçi olduğu komanda 1/16 finalın cavab qarşılaşması çərçivəsində Bakı Voleybol Mərkəzində Avstriyanın “Qrats” kollektivi ilə üz-üzə gəlib.

Matç təmsilçimizin 3:0 (25:13, 25:12, 25:23) hesablı qələbəsi ilə yekunlaşıb. Beləliklə, hər iki görüşdə rəqibini "quru hesab"la yenən Azərbaycan çempionu adını növbəti mərhələyə yazdırıb.

Komandamız 1/8 finalda "Stroosen" (Lüksemburq) - "Orion" (Niderland) cütündə üstün olan tərəflə münasibətləri aydınlaşdıracaq. Sözügedən komandalar arasında ilk matç bu gün, cavab qarşılaşması isə noyabrın 16-da keçiriləcək.

Xatırladaq ki, 1/32 final mərhələsində Xorvatiyanın "Kitro Varajdin" komandası ilə qarşılaşmış “Murov” hər iki matçda qalib gəlib - 3:0 və 3:1.

Oxşar xəbərlər

1/8 final start götürür - Çağırış Kuboku
“Murov” Niderland təmsilçisinə rəqib oldu
Murov” cavab oyununa çıxacaq - Çağırış kuboku
Çağırış Kubokunda növbəti qarşılaşma baş tutacaq
“Murov” Polşaya yola düşdü - Çağırış kuboku

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər