reklam
“Murov” Niderland təmsilçisinə rəqib oldu
Sportfm.az xəbər saytı

“Murov” Niderland təmsilçisinə rəqib oldu


Azərbaycanı Çağırış Kubokunda təmsil edən “Murov” voleybol komandasının növbəti rəqibi dəqiqləşib.

Sportfm.az xəbər verir ki, Azərbaycan təmsilçisinin 1/8 final mərhələsindəki rəqibi Niderlandın “Orion” kollektivi olacaq.

1/16 finalda Lüksemburqun “Stroosen” klubu ilə qarşılaşan niderlandlılar 3:0 (25:18, 25:8, 25:13) hesablı qələbə qazanıblar. Tərəflər arasındakı ilk görüş də bu hesabla başa çatıb.

1/8 final görüşlərinin dəqiq vaxtı qarşıdakı günlərdə açıqlanacaq.

Xatırladaq ki, “Murov” 1/16 final mərhələsində Avstriyanın “UVC Qraz” komandasına hər iki oyunda 3:0 hesabı ilə qalib gəlib.

Oxşar xəbərlər

1/8 final start götürür - Çağırış Kuboku
"Murov" Avstriya klubunu yendi - Çağırış Kuboku
Murov” cavab oyununa çıxacaq - Çağırış kuboku
Çağırış Kubokunda növbəti qarşılaşma baş tutacaq
“Murov” Polşaya yola düşdü - Çağırış kuboku

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər