reklam
27-ci turda 4910 tamaşaçı!
Sportfm.az xəbər saytı

27-ci turda 4910 tamaşaçı!


Topaz Premyer Liqasının 27-ci turu üçün azarkeş sayı bəlli olub. 

Sportfm.az xəbər verir ki, turda ən yüksək göstərici “İnter Arena”da qeydə alınıb. Cəmi 2000 tamaşaçı “Keşlə”nin çempion “Qarabağ”ı darmadağın (3:0) etdiyi matçın canlı şahidi olub. 

Ən aşağı göstərici isə Mərdəkanda, “Dalğa Arena”da qeydə alınıb. Burda keçirilmiş “Neftçi” - “Səbail” qarşılaşmasını (3:1) cəmi 500 azarkeş izləyib. 

Digər oyunlardan Sumqayıtda keçirilmiş “Sumqayıt” - “Qəbələ” matçında (0:2) 1300, Zirə İdman Kompleksinin stadionunda baş tutmuş “Zirə” - “Kəpəz” oyununda (2:1) isə 1110 azarkeş qeydə alınıb. 

Ümumilikdə, turun 4 oyununu 4910 tamaşaçı izləyib ki, bu da, hər oyuna orta hesabla 1227 nəfər deməkdi.

 

Oxşar xəbərlər

Sumqayıt yenə birincidir
Topaz Premyer Liqasının 22-ci turunda neçə azarkeş qeydə alındı?
"Qəbələ"də azarkeşə futbol lazım deyil!
"Kəpəz"in oyununda 1000, "Neftçi"də 4000 - FOTO
Azərbaycan Premyer Liqasında daha bir antirekord

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər