
Sportfm.az xəbər saytı

Sportfm.az xəbər saytı
Topaz Premyer Liqasının 22-ci turunda neçə azarkeş qeydə alındı?
Topaz Premyer Liqasının 22-ci turunda qeydə alınmış azarkeş sayı bəlli olub.
Sportfm.az xəbər verir ki, turda ən yüksək göstərici Gəncədə qeydə alınıb. Şəhər stadionunda keçirilmiş “Kəpəz” - “Keşlə” oyununu (1:1) 5000 azarkeş izləyib.
Ən az izləyici isə Zirədə qeydə alınıb. Cəmi 1000 tamaşaçı “Zirə”nin “Qəbələ” ilə heç-heçəsinin (1:1) canlı şahidi olub.
Digər oyunlardan 8-ci km stadionunda keçirilmiş “Neftçi” - “Sumqayıt” oyununda (2:2) 2500, “Azərsun Arena”da baş tutmuş “Qarabağ” - “Səbail” matçında (1:0) isə 1200 azarkeş qeydə alınıb.
Ümumilikdə, turun 4 oyununu 9700 azarkeş tribunalardan izləyib ki, bu da, hər oyuna orta hesabla 2425 tamaşaçı deməkdi.
Oxşar xəbərlər
27-ci turda 4910 tamaşaçı!
"Qəbələ"də "rekord" tamaşaçı sayı - 250 nəfər
"Qəbələ"də azarkeşə futbol lazım deyil!
"Kəpəz"in oyununda 1000, "Neftçi"də 4000 - FOTO
Azərbaycan Premyer Liqasında daha bir antirekord
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin