reklam
Kristof Daum xəstəliyə tutuldu
Sportfm.az xəbər saytı

Kristof Daum xəstəliyə tutuldu


"Beşiktaş" və "Fənərbaxça"nın sabiq baş məşqçisi Kristof Daum xərçəng xəstəliyindən əziyyət çəkir.

Sportfm.az xəbər verir ki, bu barədə 68 yaşlı mütəxəssis özü İnstaqram hesabında etdiyi paylaşımda bildirib. O, bir müddətdir müalicə aldığını qeyd edib.

Xatırladaq ki, Daum 1994-96, 2001-2002-ci illərdə "Beşiktaş"ı, 2003-2006, 2009-2010-cu illərdə isə "Fənərbaxça"nı çalışdırıb. O, "Beşiktaş"la 1, "Fənərbaxça" ilə isə 2 dəfə Türkiyə Superliqasını qazanıb. Kristof Daumun son iş yeri Rumıniya millisi olub. Həmçinin o, "Köln", "Ştutqart", "Bayer", Avstriya" (Vyana), "Ayntraxt", "Brügge", "Bursaspor" kimi komandalara da baş məşqçilik edib.

Oxşar xəbərlər

Bu gün derbi var - "Fənərbaxça" - "Beşiktaş"
"Beşiktaş" - "Fənərbaxça" 0:0 - VİDEO
"Fənərbaxça"nın keçmiş futbolçusu adam öldürdü - Hadisə
Kristof Daum əsgər salamına etiraz edənlərin cavabını verdi
Şenol Günəş milli komandada!

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər