Kristof Daum əsgər salamına etiraz edənlərin cavabını verdi
Almaniyalı baş məşqçi Kristof Daum "Sport1" kanalının qonağı olub.
Sportfm.az xəbər verir ki, 65 yaşlı mütəxəssis Türkiyə millisinin üzvlərinin qol sevincini əsgər salamı ilə qeyd etməsinə etiraz edən almanların doğru hərəkət etmədiyini deyib:
"Türkiyədə orduya böyük hörmət var. Mən bu ölkənin üç klubunu çalışdırmışam. Super Liqada 100 futbolçu ilə çalışmışam və demək olar, əksəriyyətinin əsgər salamı verməsinə şahid olmuşam. Mən bunları görmüş insanam. Əsgər Türkiyə ordusunun adıdır və böyük imici var. "Mehmetçik Vakfı"na mən də dəstək olmuşam. Hər bir türk vətəndaşı əsgərinə qarşı hörmətlə yanaşır. Almaniyadakı ordunun hər zaman mübahisəli imici olub. Ancaq Türkiyə ordusu buna bənzəmir. Türkiyədəki əsgərlər alman polisi kimidir. Onlar xalqın dosu, köməkçisidir. Əsgərə hörmət son dərəcə yüksəkdir".
Daum Türkiyənin "Beşiktaş", "Fənərbaxça" və "Bursaspor" klublarını çalışdırıb.
Türkiyə millisinin üzvləri Albaniya və Fransa ilə oyunlardakı qolları əsgər salamı ilə qeyd edib. Futbolçular Türkiyə ordusunun Suriyada keçirdiyi "Pınar hərəkatı"na dəstək olduqları üçün əsgər salamı verib.
Almaniyanın "Sankt Pauli" klubu sosial şəbəkə hesabında bu hərəkata dəstək olan türkiyəli futbolçusu Cenk Şahini komandadan göndərib.
Oxşar xəbərlər
"Yuventus"un futbolçusu vurduğu qolu əsgər salamı ilə qeyd etdi - VİDEO
"Neftçi"nin futbolçusu əsgər salamı verdi - FOTO
“Ronaldo məni əsgər salamı ilə qarşıladı” - Merih Demiral
Ərdoğan UEFA-ya münasibət bildirdi
UEFA Türkiyə millisinə qarşı intizam işi açdı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bu gün yarımfinalçılar müəyyənləşir - Konfrans Liqası
-
Nəriman oynadı, komandası qələbə qazandı
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
-
"Qarabağ" - "Sabah" oyununun hakimləri açıqlandı - Premyer Liqa
-
"Sabah" - "Qarabağ" matçına 3000-dən çox bilet satıldı
-
Bu gün yarımfinalçılar məlum olacaq - Avropa Liqası















Misli Premyer Liqası