reklam
Azərbaycan təmsilçisi turniri 2-ci pillədə başa vurdu
Sportfm.az xəbər saytı

Azərbaycan təmsilçisi turniri 2-ci pillədə başa vurdu


Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov “Meltwater Champions Chess Tour” seriyasının səkkizinci mərhələsi olan “Aimchess Rapid” turnirində ikinci final görüşünü keçirib.

Sportfm.az xəbər verir ki, 37 yaşlı qrossmeyster növbəti dəfə polşalı Yan Kşiştof-Duda ilə üz-üzə gəlib.

Məmmədyarov 2-ci dueldən 2,5:0,5 hesabı ilə qalib ayrılsa da, tay-brekdə rəqibi ilə bacarmayıb – 0:2. Nəticədə Azərbaycan təmsilçisi turniri 2-ci pillədə başa vurub.

Tərəflər arasındakı ilk final görüşü dünən baş tutmuşdu və Şəhriyar Məmmədyarov 1:3 hesabı ilə məğlub olmuşdu.

Oxşar xəbərlər

Məmmədyarov məğlubiyyətlə getdi - “Champions Chess Tour”
"Şah" yenə mat oldu - "Meltwater Champions Chess Tour"
Şəhriyar Məmmədyarov hindistanlıya məğlub oldu - Champions Chess Tour
Şəhriyar bu dəfə uduzdu - “Meltwater Champions Chess Tour”
Şəhriyar Məmmədyarov finalda - Meltwater Champions Chess Tour

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər