Şəhriyar bu dəfə uduzdu -“Meltwater Champions Chess Tour”
Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov “Meltwater Champions Chess Tour” seriyasının sonuncu mərhələsində növbəti görüşünü keçirib.
Sportfm.az xəbər verir ki, 37 yaşlı qrossmeyster final raundunun 3-cü turunda dünya çempionu Maqnus Karlsenlə qarşılaşıb.
Matçın ilk üç partiyası norveçli şahmatçının qələbəsi ilə başa çatdığından sonuncu – 4-cü partiyaya gərək qalmayıb.
Hazırda 3 xalı olan Məmmədyarov turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb.
Təcrübəli şahmatçı növbəti turda hindistanlı Ergaisi Arjun ilə üz-üzə gələcək.
Turnir noyabrın 20-də başa çatacaq. Yarışın mükafat fondu 210 000 ABŞ dollarıdır.
Şəhriyar Məmmədyarov “Meltwater Champions Chess Tour” seriyasının səkkizinci mərhələsi olan “Aimchess Rapid”də ikinci yeri tutub.
Oxşar xəbərlər
Məmmədyarov məğlubiyyətlə getdi - “Champions Chess Tour”
"Şah" yenə mat oldu - "Meltwater Champions Chess Tour"
Şəhriyar Məmmədyarov hindistanlıya məğlub oldu - Champions Chess Tour
Məmmədyarov pley-offda - Meltwater Champions Chess Tour
Şəhriyar Məmmədyarov bu gün dünya çempionu ilə qarşılaşacaq - Champions Chess Tour
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası