Boksçularımızın dünya reytinqi
Beynəlxalq Boks Assosiasiyası (İBA) yeni reytinq cədvəlini açıqlayıb.
Sportfm.az xəbər verir ki, 25 çəki dərəcəsi (13 kişi, 12 qadın) üzrə açıqlanan siyahıda Azərbaycanın 7 boksçusu yer alıb.
Milli komandanın heyətində ən yaxşı nəticə dünya çempionu, Avropa Oyunlarının qalibi, Tokio Olimpiadasının bürünc medalçısı Alfonso Domingesə məxsusdur. O, 86 kq çəki dərəcəsində dünyanın ikinci ən güclü boksçusudur. Domingesin aktivində 2000 xalı var. Yığma üzvü 80 kq çəki dərəcəsində olan idmançıların reytinqində də yer alıb. Olimpiya Oyunlarında bürünc medalı 81 kq-da qazanan boksçu bu siyahıda 1300 xalla 4-cü pillədə qərarlaşıb.
Dünya çempionatında 3-cü yeri tutan Sərxan Əliyev (71 kq) də öz çəki dərəcəsində 4-cü yerdədir. O, 1300 xala malikdir. Mindialın digər bürünc medalçısı Məhəmməd Abdullayev (+92 kq) komanda yoldaşı ilə eyni xala sahibdir və 7-ci pillədədir. O, bu yeri qazaxıstanlı Kamşibek Kunkabayevla birgə bölüşür.
Digər boksçularımızdan Məsud Yusifzadə (51 kq, 1000 xal) 11-ci, Mirşərif Kazımzadə (75 kq, 300) 34-cü, Rauf Rəhimov (92 kq, 100) 41-ci və Ümid Rüstəmov (57 kq, 100) 54-cü yerə şərikdir.
Siyahıda ümumilikdə 120 ölkə yer alıb. Azərbaycan komanda olaraq bu siyahıda 30-cu pilləni tutur və aktivində 7400 xalı var. Cədvələ isə 34950 xalla ABŞ başçılıq edir.
İBA-da reytinq cədvəli uzun müddətdən sonra bərpa olunub.
Oxşar xəbərlər
Millimizin heyəti açıqlandı - Dünya çempionatı
Yığmamız 41-ci yerdədir
Yeni reytinq cədvəli Azərbaycan idmançıları üçün uğurlu oldu
İlk onluğunda üç idmançımız yer alıb - reytinq cədvəli
Olimpiya və dünya çempionumuz yenə birincidi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası