reklam
Yeni reytinq cədvəli Azərbaycan idmançıları üçün uğurlu oldu
Sportfm.az xəbər saytı

Yeni reytinq cədvəli Azərbaycan idmançıları üçün uğurlu oldu


Dünya Taekvondo Federasiyasının Olimpiya çəkiləri üzrə yeni reytinq cədvəli Azərbaycan idmançıları üçün uğurlu olub.

Sportfm.az xəbər verir ki, mart ayı üçün tərtib olunan siyahıda yığmamızın üç taekvondoçusu yer alıb. Hesabında 423,14 xal olan “Rio-2016” Yay Olimpiya Oyunlarının qalibi, dünya və Avropa çempionu Radik İsayev 80 kiloqramdan yuxarı çəki dərəcəsində ikinci pillədədir. Dünya çempionu və Olimpiya mükafatçısı Milad Beigi Hərçeqani də (80 kq) 444,93 xalla reytinq cədvəlində ikinci yerdə qərarlaşıb. Altmış səkkiz kiloqram çəki dərəcəsində “Bakı-2015”in və İslamiadanın çempionu olan Ayxan Tağızadə isə 197,23 xalla səkkizinci pillədə yer alıb.

Reytinq xalları Dünya Taekvondo Federasiyasının təşkil etdiyi yarışlarda idmançıların aktivinə yığılan xallara əsasən verilir. Taekvondo qaydalarına görə 2020-ci ildə Tokioda keçiriləcək Yay Olimpiya Oyunlarınadək reytinq xalları sayəsində cədvəldə ilk altılıqda olacaq idmançılar Olimpiadaya birbaşa vəsiqə qazanacaqlar.

Oxşar xəbərlər

İlk onluğunda üç idmançımız yer alıb - reytinq cədvəli
Radik İsayev liderliyi təhvil verdi
Radik İsayev yenə də birincidi
Olimpiya və dünya çempionumuz yenə birincidi
Taekvondoçularımız dünya reytinqində birincidir – SİYAHI

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər