Ramildən 50-ci oyun, 25-ci qol
Azərbaycan Premyer Liqasının 11-ci turu “Qarabağ”ın futbolçusu Ramil Şeydayev üçün əlamətdar olub.
Sportfm.az xəbər verir ki, “Turan Tovuz”la ev matçı hücumçunun Ağdam klubunun heyətində çıxdığı 50-ci çempionat oyunu kimi yadda qalıb.
Bu komandada 2017/18 mövsümündə debüt edən Ramil 15 oyun keçirib. “Qarabağ”a qayıtdıqdan sonra ötən çempionat daha 25 dəfə meydana çıxan hücumçu cari mövsüm komandasının 10 görüşündə forma geyinib. Şeydayev Ağdam klubunda Premyer Liqada keçirdiyi 50 matçda 18 qol vurub.
“Turan Tovuz” üzərindəki böyükhesablı qələbədə (3:0) bir qolla pay sahibi olan hücumçu Ağdam klubunda ümumilikdə 25-ci dəfə fərqlənib. Ölkə kubokunda 4, avrokuboklarda 3 dəfə qol sevinci yaşayan Ramil çempionatda 18-ci dəfə rəqib qapısına yol taparaq “Qarabağ”dakı ümumi qol sayını 25-ə yüksəldib.
Oxşar xəbərlər
Ramil, Rahil və Kevin...
Musa Qurbanlı üçün əlamətdar oyun
Ramil Şeydayev Avropanın yaxşıları sırasında
"Qarabağ"ın futbolçuları üçün əlamətdar oyun - Premyer Liqası
III turu "Qarabağ" və "Neftçi"nin futbolçuları üçün əlamətdar oldu
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bu gün yarımfinalçılar müəyyənləşir - Konfrans Liqası
-
Nəriman oynadı, komandası qələbə qazandı
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
-
"Qarabağ" - "Sabah" oyununun hakimləri açıqlandı - Premyer Liqa
-
"Sabah" - "Qarabağ" matçına 3000-dən çox bilet satıldı
-
Bu gün yarımfinalçılar məlum olacaq - Avropa Liqası















Misli Premyer Liqası