"Qarabağ"ın futbolçuları üçün əlamətdar oyun -Premyer Liqası
Azərbaycan Premyer Liqasının XIX turu “Qarabağ” komandasının üç futbolçusu üçün yubileylə əlamətdar olub.
Sportfm.az xəbər verir ki, tarixi nailiyyətə “Zirə” ilə səfər matçında Filip Ozobiç, Xayme Romero və Abbas Hüseynov imza atıb.
2018-ci ilin yayından Ağdam klubunda çıxış edən Ozobiç 75-ci dəfə “Qarabağ”ın formasını geyinib. O, çempionatda 47, kubokda 4, avrokuboklarda 24 dəfə meydana çıxıb. Xorvatiyalı yarımmüdafiəçinin debütü 2018-ci il iyulun 11-də Çempionlar Liqasının “Olimpiya” ilə Sloveniyadakı görüşündə (1:0) gerçəkləşib. O, 75 matçda 22 qol vurub.
Ağdam klubuna bir il sonra gələn Xayme 50-ci dəfə “Qarabağ”ın forması geyinib. İspaniyalı legioner bu müddətdə 26 çempionat, 4 kubok və 20 avrokubok qarşılaşmasında şans qazanıb. Onun ilk matçı 2019-cu il iyulun 10-da Albaniyada “Partizani”yə qarşı olub. Çempionlar Liqasının görüşü qolsuz bitib. Romero 11-ci qolunu “Zirə”nin qapısından keçirib.
Legionerlə müqayisədə daha tez - 2017-ci ilin yayında “Qarabağ”a keçən Hüseynov Premyer Liqada 50-ci dəfə ağdamlıların şərəfini qoruyub. 2017-ci il avqustun 11-də “Neftçi” ilə səfər görüşü (3:1) onun klubundakı ilk çempionat matçı olub. Cinah oyunçusu 4 mövsüm ərzində 1 qola imza atıb.
Qeyd edək ki, "Zirə" ilə oyun "Qarabağ"ın qələbəsi ilə yekunlaşıb - 2:0.
Oxşar xəbərlər
Ramil, Rahil və Kevin...
“Qəbələ”nin oyunçusu üçün ikiqat əlamətdar oyun - Misli Premyer Liqası
Ozobiç "Qarabağ"ın tarixinə düşdü - Premyer Liqa
Romerodan 10-cu qol
III turu "Qarabağ" və "Neftçi"nin futbolçuları üçün əlamətdar oldu
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin














Misli Premyer Liqası