3 güləşçimiz yarımfinalda -Dünya çempionatı
Azərbaycanın 3 yunan-Roma güləşçisi İspaniyanın Pontevedra şəhərində start götürən U-23 dünya çempionatında yarımfinala yüksəlib.
Sportfm.az xəbər verir ki, 55 kq çəki dərəcəsində çıxış edən Nihad Quluzadə 1/4 finalda Giorgi Toxadzeyə (Gürcüstan) qalib gələrək, adını növbəti mərhələyə yazdırıb. O, finala gedən yolda Ken Matsuyi (Yaponiya) ilə qarşılaşacaq.
63 kq-da Ziya Babaşov 1/8 finalda Endi Xuan Suçu (İspaniya), ardınca isə Mustafa Safa Yıldırımı (Türkiyə) üstələyib. Onun yarımfinaldakı rəqibi İman Hussein Xan Məhəmmədi (İran) olacaq.
130 kq-dakı Sərxan Məmmədov ardıcıl olaraq, Damir Zuparov (Qazaxıstan) və Kolton Maykl Şultsu (ABŞ) məğlub edib. O, finala vəsiqə uğrunda Mixail Vişnivetski (Ukrayna) ilə üz-üzə gələcək.
87 kq-dakı Laçın Vəliyev isə startda Andreas Vaelisi (Estoniya) yensə də, 1/4 finalda Şimon Şimonoviçlə (Polşa) bacarmayıb.
Oxşar xəbərlər
Güləşçimiz yarımfinalda - Dünya çempionatı
Güləşçimiz dünya ikincisi oldu
Daha 2 güləşçimiz yarımfinalda - Dünya çempionatı
Güləşçimiz finalda - Dünya çempionatı
İki güləşçimiz yarımfinala yüksəldi - Dünya çempionatı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Turan Tovuz" "Şamaxı"ya, "Neftçi" "Araz-Naxçıvan"a qarşı - Premyer Liqa
-
Millimiz İspaniyaya qarşı - Avropa Çempionatı
-
Cavab matçı rumıniyalılara tapşırıldı - TƏYİNAT
-
12-ci dəfə Almaniya Superkubokunu qazandılar - FOTO
-
"Turan"ın haqqı belə yeyildi - VİDEO
-
"Turan" ikinci görüşdə fərqlənə bilmədi - Premyer Liqa















Misli Premyer Liqası