

Güləşçimiz yarımfinalda -Dünya çempionatı
Bu gün Azərbaycanın 4 sərbəst güləşçisi İspaniyanın Pontevedra şəhərində keçirilən U-23 dünya çempionatında mübarizəyə başlayıb.
Sportfm.az xəbər verir ki, sərbəst güləşçimiz İslam İlyasov artıq yarımfinala yüksəlib. 97 kq çəki dərəcəsində çıxış edən idmançı 1/4 final mərhələsində Yunus Qafurova (Ukrayna) qalib gəlib.
70 kq-da yarışan Kənan Heybətov eyni raundda Giorgi Elbakidzeyə (Gürcüstan) uduzub.
57 kq-dakı Tofiq Əliyev 1/8 finalda Ahmet Dumana (Türkiyə), 79 kq-dakı Əşrəf Aşırov təsnifatda Kosuke Yamakuraya (Yaponiya) yenilib.
Bu gün həmçinin 65 kq çəki dərəcəsindəki qadın güləşçi Nigar Mirzəzadə finalda Miva Morikava (Yaponiya) ilə qarşılaşacaq.
Qeyd edək ki, daha əvvəl yunan-Roma güləşçilərindən Nihad Quluzadə (55 kq) və Nihat Məmmədli (60 kq) gümüş, Qurban Qurbanov (72 kq) isə qızıl medal qazanıb.
Oxşar xəbərlər
Azərbaycanın qadın güləşçiləri məğlub oldu - Avropa çempionatı
Güləşçimiz gümüş medal qazandı - Dünya çempionatı
Nigar Mirzəzadə finalda - Dünya çempionatı
Güləşçimiz yarımfinalda - Dünya çempionatı
Daha 2 güləşçimiz yarımfinalda - Dünya çempionatı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Ayxan Abbasov millinin baş məşqçisi təyin edildi – RƏSMİ
-
“Qarabağ”ın daha 4 futbolçusu millidə
-
Niderlandın matçını azərbaycanlı hakim idarə edəcək - TƏYİNAT
-
"AFFA rəhbərliyinə təşəkkür edirəm" - Ayxan Abbasov
-
Belarus millisinin Azərbaycanla oyun üçün yekun heyəti - SİYAHI
-
AMADA rəsmisi beynəlxalq qurumda vəzifə aldı