Daha 2 güləşçimiz yarımfinalda -Dünya çempionatı
Azərbaycanın daha 2 yunan-Roma güləşçisi İspaniyanın Pontevedra şəhərində keçirilən U-23 dünya çempionatında yarımfinala yüksəlib.
Sportfm.az əbər verir ki, 60 kq-da Nihat Məmmədli və 72 kq-da Qurban Qurbanov finala vəsiqə uğrunda mübarizə aparacaqlar.
Mübarizəyə təsnifat mərhələsindən başlayan Məmmədli ardıcıl olaraq, Oljas Sultan (Qazaxıstan), Sumit Sumit (Hindistan) və Vladislav Kuzkoya (Ukrayna) qalib gəlib. İdmançı bu raundda Nurmuhammet Abdullayev (Qırğızıstan) ilə qarşılaşacaq.
Qurbanov isə yarımfinaladək Yanis Nifri (Fransa), Randel Uibo (Estoniya) və Amir Abdini (İran) məğlub edib. O, finala gedən yolda İrfan Mirzoyevi (Ukrayna) sınağa çəkəcək.
Qeyd edək ki, bu gün həmçinin 55 kq-da yarışan Nihad Quluzadə final görüşünə çıxacaq. O, qızıl medal uğrunda Poya Marzla (İran) qarşılaşacaq.
63 kq-da çıxış edən Ziya Babaşov üçüncü yer uğrunda görüşdə Ahmed Bağduda (Misir)/Ryuto İkeda (Yaponiya) cütünün qalibi ilə, 130 kq-da mübarizə aparan Sərxan Məmmədov isə Əliəkbər Yusufiəhmədçali (İran)/Marin Nişimura (Yaponiya) duelinin güclüsü isə güləşəcək.
Oxşar xəbərlər
Güləşçimiz yarımfinalda - Dünya çempionatı
Güləşçimiz yarımfinalda - Dünya çempionatı
Güləşçimiz dünya ikincisi oldu
3 güləşçimiz yarımfinalda - Dünya çempionatı
Azərbaycanın daha 2 güləşçisi finalda - Dünya çempionatı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Ötən mövsüm "Barselona" bu mövsüm "Real" Madrid - Gənclər Liqası
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
-
AFFA klubları cərimələdi - QƏRAR
-
Bədii üzgüçülük üzrə yeni məşqçi təyinatı
-
"Turan Tovuz" oyuna itki ilə çıxacaq
-
Dopinqlə mübarizədə yeni mərhələ - Yeni Dehlidə WADA-nın beynəlxalq konfransı















Misli Premyer Liqası