"Başakşəhər" pley-off vəsiqəsini təmin edə bilər -Konfrans Liqası
Bu gün Avropa Konfrans Liqasının qrup mərhələsində 4-cü turun oyunları keçiriləcək.
Sportfm.az xəbər verir ki, 8 qrupda bütövlükdə 16 qarşılaşma baş tutacaq.
Türkiyənin bu turnirdəki təmsilçilərindən "Başakşəhər" bu tur pley-off vəsiqəni təmin edə bilər. Bunun üçün İstanbul təmsilçisi evdə Latviyanın RFS komandasına qalib gəlməli, eyni zamanda, "Fiorentina"nın evdə Şotlandiya "Harts"ını məğlub etməsini gözləməlidir.
Bu gün daha 4 komanda vaxtından əvvəl 1/8 finala adlaya bilər. B qrupunda İngiltərə "Vest Hem"i Belçika "Anderlext"ini yenəcəyi halda adını növbəti raunda yazdıracaq.
C qrupunda İspaniya "Vilyarreal"ı pley-offa çıxmaq üçün Avstriyada "Austriya" (Vyana) klubunu məğlub etməlidir. E qrupunda isə Niderlandın "Alkmaar" komandası Kiprdə "Apollon"a qalib gəlsə, qrupdan çıxmağı təmin edəcək.
F qrupunda da İsveç "Yurqorden"i pley-offun bir addımlığındadır. Bunun üçün komanda evdə Belçika "Gent"ini üstələyib, Norveç "Molde"sinin İrlandiyada "Şemrok Rovers" üzərində qələbə qazanmasına ümid etməlidir.
Avropa Konfrans Liqası
Qrup mərhələsi, 4-cü tur
13 oktyabr
A qrupu
20:45. Başakşəhər (Türkiyə) - RFS (Latviya)
20:45. Fiorentina (İtaliya) - Harts (Şotlandiya)
Xal: Başakşəhər – 7. Fiorentina – 4. Harts – 3. RFS - 2.
B qrupu
23:00. Styaua (Rumıniya) - Silkeborq (Danimarka)
23:00. Vest Hem (İngiltərə) - Anderlext (Belçika)
Xal: Vest Hem – 9. Anderlext – 4. Silkeborq – 3. Styaua - 1.
C qrupu
20:45. Austriya (Vyana, Avstriya) - Vilyarreal (İspaniya)
23:00. Hapoel (Ber-Şeva, İsrail) - Lex (Polşa)
Xal: Vilyarreal – 9. Lex – 4. Hapoel – 2. Austriya – 1.
D qrupu
20:45. Partizan (Serbiya) - Köln (Almaniya)
23:00. Nitsa (Fransa) - Slovaçko (Çexiya)
Xal: Partizan – 5. Nitsa – 5. Köln – 4. Slovaçko – 1.
E qrupu
20:45. Apollon (Limassol, Kipr) - Alkmaar (Niderland)
23:00. Vaduts (Lixtenşteyn) - Dnepr-1 (Ukrayna)
Xal: Alkmaar – 9. Dnepr – 4. Vaduts – 2. Apollon – 1.
F qrupu
20:45. Yurqorden (İsveç) - Gent (Belçika)
23:00. Şemrok Rovers (İrlandiya) - Molde (Norveç)
Xal: Yurqorden – 7. Molde – 4. Gent – 4. Şemrok Rovers - 1
G qrupu
20:45. ÇFR (Rumıniya) - Slaviya (Praqa, Çexiya)
23:00. Balkani (Kosovo) - Sivasspor (Türkiyə)
Xal: Balkani – 4. Sivasspor – 4. Slaviya – 4. ÇFR – 4.
H qrupu
20:45. Slovan (Bratislava, Slovakiya) - Bazel (İsveçrə)
23:00. Jalgiris (Litva) - Pünik (Ermənistan)
Xal: Bazel – 6. Pünik – 6. Slovan – 4. Jalgiris – 1.
Oxşar xəbərlər
Pley-offun bütün komandaları məlumdur - Konfrans Liqası
Konfrans Liqasında qrup mərhələsinə yekun vurulacaq
Türkiyə klubları 1/8 finalda! - Konfrans Liqası
Türkiyə klublarının növbəti oyunları - Konfrans Liqası
“Başakşəhər” “Fiorentina”ya qarşı - Konfrans Liqası
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin














Misli Premyer Liqası