reklam
Sportfm.az xəbər saytı

"Sentyabrın 30-dan sonra bütün təklifləri nəzərdən keçirəcəyəm" -De Byazi


Azərbaycan milli komandasının baş məşqçisi Canni De Byazi Albaniya yığmasına mümkün qayıdışı barədə açıqlama verib.

Sportfm.az xəbər verir ki, italiyalı mütəxəssis sentyabrın 30-dan sonra bütün təklifləri nəzərdən keçirəcəyini bildirib:

“AFFA ilə sentyabrın 30-dək müqaviləm var, ondan sonra bütün təklifləri nəzərdən keçirəcəm”.

O, son vaxtlar haqqında yazılanlar barədə də danışıb:

“Bəzi məlumatlar külək kimidir. Ümumiyyətlə, mediada çıxan xəbərlərin 95 faizi yalandır”.

Canni De Byazi 2020-ci ilin iyulundan Azərbaycan millisinə rəhbərlik edir. 66 yaşlı mütəxəssis 2011-2017-ci illərdə Albaniya millisinin “sükanı arxasında” olub.

Oxşar xəbərlər

De Byazi Azərbaycan millisindən göndərildi
“Azərbaycanda özümü çox yaxşı hiss edirəm” - AÇIQLAMA
Canni de Byazi millimizi tərk edir? - AÇIQLAMA
De Byaziyə İtaliya millisindən təklif gəlib! - Təfərrüat
"Bütün diqqətim Azərbaycan millisindədir" - Canni De Byazi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər