Dünya çempionatının afişası təqdim edildi -FOTO
Beynəlxalq Cüdo Federasiyası (IJF) oktyabrın 6-13-də Özbəkistanın paytaxtı Daşkənddə keçiriləcək dünya çempionatının afişasını təqdim edib.
Sportfm.az xəbər verir ki, afişa cizgi filmi formatındadır.
Posterdə mundialın maskotu ayı və onun ətrafında yeddi idmançı fiquru təsvir edilib. Onların arasında Laşa Şavdatuaşvili (Gürcüstan), Davlat Bobonov (Özbəkistan), Yoşiro Maruyama (Yaponiya) və Nikoloz Şerazadişvilini (İspaniya) tanımaq olar.
Yarışın şüarı “Çempionların görüşü”dür.
Qeyd edək ki, DÇ-də Azərbaycanı 11 cüdoçu təmsil edəcək. Bunlar Kəramət Hüseynov (60 kq), Orxan Səfərov, Yaşar Nəcəfov (hər ikisi 66 kq), Rüstəm Orucev, Hidayət Heydərov (hər ikisi 73 kq), Səid Mollayi (81 kq), Məmmədəli Mehdiyev (90 kq), Zelim Kotsoyev (90 kq), Uşanqi Kokauri (+100 kq), Leyla Əliyeva (48 kq) və Gültac Məmmədəliyevadır (52 kq).

Oxşar xəbərlər
“Böyük Dəbilqə” üçün 37 cüdoçu - SİYAHI
Cüdoçularımızn ilk rəqibləri - Dünya çempionatı
Cüdo millimizin heyəti açıqlandı - Dünya çempionatı
Azərbaycan millisini heyəti bilindi - “Böyük Dəbilqə” üçün
Cüdoçularımızın ilk rəqibləri bilindi - Böyük Dəbilqə
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası