reklam
Sportfm.az xəbər saytı

"ABU Arena" yeni adla fəaliyyətə başlayacaq


Azərbaycanın həndbol üzrə milli komandaları və klubları üçün nəzərdə tutulan "ABU Arena" idman kompleksi yaxın günlərdə "AHF Arena" kimi fəaliyyətə başlayacaq.

Sportfm.az xəbər verir ki, xeyli vaxtdır həyata keçirilən işlər artıq yekunlaşdırılıb.

Federasiya rəsmisi bildirib ki, qısa müddət ərzində xeyli iş görülüb: "Məşq zalında, soyunub-geyinmə və istirahət otaqlarında təmir işləri başa çatdırılıb. 2004-cü ildə tikilən idman qurğusunda hər cür şərait yaradılaraq, həndbolçuların ixtiyarına verilib".

Qeyd edək ki, "AHF Arena" da həm yerli yarışların, həm də beynəlxalq miqyaslı turnirlərin oyunları keçiriləcək.

Oxşar xəbərlər

"ABU Arena"nın adı dəyişdiriləcək
Həndbol yığmamız federasiya rəsmiləri ilə bir arada - FOTO
"Bakcell Arena"da təmir işləri bitdi - FOTO
Həndbol komandalarımız təlim-məşq toplanışlarına başladı
"Bakcell Arena" ilə bağlı yeni qərar

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər