reklam
Həndbol yığmamız federasiya rəsmiləri ilə bir arada -
Sportfm.az xəbər saytı

Həndbol yığmamız federasiya rəsmiləri ilə bir arada -FOTO


Azərbaycan Həndbol Federasiyasının (AHF) rəhbərliyi Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarının gümüş medalını qazanan qadın həndbolçulardan ibarət milli komandanın üzvlərini qəbul edib.

Sportfm.az xəbər verir ki, qurumun prezidenti Saleh Məmmədov İslamiadada əldə olunan uğur münasibətilə yığmaya öz təbriklərini çatdırıb.

O, Azərbaycanın dünya miqyasında idman ölkəsi kimi şöhrət qazanmasını ölkə başçısı, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin və birinci vitse-prezident Mehriban Əliyevanın diqqət və qayğısının nəticəsi kimi dəyərləndirib. Azərbaycanın hər il yeni-yeni beynəlxalq turnirlərin təşkilatçısı kimi böyük nüfuz qazandığını, ən mötəbər yarışlarda mühüm uğurlar əldə etdiyini deyən S.Məmmədov belə bir tərəqqinin həndbolun inkişafı üçün də geniş imkanlar yaratdığını vurğulayıb.

Göstərilən diqqət və qayğıya görə federasiya prezidentinə minnətdarlıqlarını bildirən idmançılar əmin ediblər ki, komandanın qələbə soraqları yeni yarışlardan da eşidiləcək.

Komanda üzvlərini bir daha təbrik edən federasiya prezidenti onlara uğurlar arzulayıb.

Sonda xatirə şəkli çəkdirilib.

Oxşar xəbərlər

Dövlət başçısı Avropa Olimpiya Komitələrinin prezidentini qəbul etdi - FOTO
Mədət Quliyev milli üzvləri ilə görüşdü - FOTO
Həndbolçularımız qələbə ilə başladı
"Həndbolçularımızı ciddi sınaqlar gözləyir"
Azərbaycan Gimnastika Federasiyasının ümumi yığıncağı keçirildi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər