reklam
Sportfm.az xəbər saytı

"Bakcell Arena"da təmir işləri bitdi -FOTO


2012-ci ildə fəaliyyətə başlamış "Bakcell Arena" 2017-ci ilin sonuna qədər 140 futbol oyunu və 240 saatlıq  məşq qəbul edib.

Sportfm.az xəbər verir ki, bu qarşılaşmalardan 53-ü beynəlxalq oyunlardır.

Bu ilin may-avqust aylarında "Bakcell Arena"nın meydançasında AFFA tərəfindən əsaslı təmir işləri aparıldı və artıq yenilənmiş ot örtüyü növbəti oyunları qəbul etmək üçün hazır vəziyyətə gətirilib.

AFFA-nın Grow 2020 inkişaf strategiyasının məqsədləri çərçivəsində infrastruktur layihələri həyata keçirilməkdə davam edir. AFFA tərəfindən “Sumqayıt” FK-nın ev oyunlarını keçirdiyi Kapital Bank Arenanın süni ot örtüyü təbii ot örtüyü ilə əvəzlənir və stadion ərazisində 1 təbii örtüklü yeni məşq meydançası inşa olunur. Həmçinin, “Zirə” FK-nın ev oyunlarını keçirdiyi  Zirə İdman Kompleksinin stadionunda süni örtüklü meydançanın yerinə təbii örtüklü meydança inşa olunur.
 

Oxşar xəbərlər

"Sumqayıt"ın stadionunda meydançanın örtüyü döşəndi - FOTOLAR
“Kapital Bank Arena”da təmir işləri davam edir - FOTO
"Sumqayıt"ın stadionunda təmir işləri davam edir - FOTO
"Zirə"nin stadionunun hazırkı durumu - FOTO
"Zirə" işlərə başladı - futbolçular təbii ot örtüyündə oynayacaq - FOTO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər