Bu gün UEFA Çempionlar Liqasında qrup mərhələsinin 2-ci turu start götürüb.
Sportfm.az xəbər verir ki, ilk oyun günündə 7 qarşılaşma keçirilib.
Gecənin ən maraqla gözlənilən oyunu C qrupunda olub. Qrup mərhələsinə qələbə ilə start verən “Bayern”lə “Barselona” üz-üzə gəliblər. Münhen təmsilçisi doğma meydanda inamlı qələbəyə sevinib. Bu qrupun digər oyununda Plzen “Viktoriya”sı Çexiyada “İnter”lə qarşılaşıb. Bu matç isə qonaqların inamlı qələbəsiylə yekunla.ıb.
Madrid “Atletiko”su da bu tur Almaniyaya səfər edib. “Hindular” “Bayer”lə üz-üzə gəlib və 2 cavabsız qola üzülüblər.
İkinci turun digər oyunları sentyabrın 14-də keçiriləcək.
Çempionar Liqası, qrup mərhələsi, 2-ci tur
13 sentyabr
C qrupu
Viktoriya (Plzen, Çexiya) – İnter (İtaliya) 0:2
Qol: Dzeko, 20. Dumfris, 70.
Bayern (Almaniya) – Barselona (İspaniya) 2:0
Qol: L.Hernandes, 50. L.Sane, 54.
Xal durumu: Bayern – 6. Barselona – 3. İnter – 3. Viktoriya – 0.
D qrupu
Sportinq (Portuqaliya) – Tottenhem (İngiltərə) 2:0
Qol: Paulinyo, 90. A.Qomes, 90+3.
Marsel (Fransa) – Ayntraxt (Frankurt, Almaniya) 0:1
Qol: Lindstrom, 43.
Xal durumu: Sportinq – 6. Tottenhem – 3. Ayntraxt – 0. Marsel – 0.
A qrupu
Liverpul (İngiltərə) – Ayaks (Niderland) 2:1
Qol: Salah, 17. Matip, 89 – Kudus, 27.
Reyncers (Şotlandiya) – Napoli (İtaliya) matçı sabaha təxirə salınıb
Xal durumu: Napoli – 3. Liverpul – 3. Ayaks – 3. Reyncers – 0.
B qrupu
Portu (Portuqaliya) – Brügge (Belçika) 0:4
Qol: Yutqla, 15-pen. Sovah, 47. Olsen, 52. Nusa, 89.
Bayer (Almaniya) – Atletiko (Madrid, İspaniya) 2:0
Qol: Andrix, 84. Diabi, 87.
Xal durumu: Atletiko – 3. Brügge – 3. Portu – 0. Bayer – 0.















Misli Premyer Liqası