

"Napoli", "Brügge" və "Bavariya" üçün pley-off şansı -Çempionlar Liqası
Bu gün UEFA Çempionlar Liqasının qrup mərhələsində IV tura yekun vurulacaq.
Sportfm.az xəbər verir ki, A,B,C və D qruplarında ümumilikdə 8 qarşılaşma oynanılacaq.
A qrupunda "Napoli" İtaliyada Niderland "Ayaks"ını qəbul edəcək. İngiltərə "Liverpul"u Şotlandiyada "Reyncers"in qonağı olacaq. Neapol təmsilçisinə pley-offa vəsiqəni rəsmiləşdirmək üçün heç-heçə də kifayət edəcək.
B qrupunda İspaniyanın "Atletiko" (Madrid) komandası Belçika "Brügge"si ilə üz-üzə gələcək. Qonaqlar Madrid qələbə qazanacağı təqdirdə digər qarşılaşmanın nəticəsindən asılı olmayaraq 1/8 finala yüksələcək. Digər görüşdə "Bayer" Almaniyada Portuqaliya "Portu"sunu sınağa çəkəcək.
Günün maraqla gözlənilən matçı C qrupunda gerçəkləşəcək. İtaliya "İnter"i İspaniyada "Barselona"nın qonağı olacaq. Qrupun autsayderi "Viktoriya" (Plzen) Çexiyada Almaniya "Bavariya"sı ilə görüşəcək. Münhenlilər qələbə sayəsində növbəti mərhələyə vəsiqəni təmin edə bilər. Bunun üçün Kataloniya təmsilçisi bu tur xal itirməlidir.
Nəhayət, D qrupunda "Tottenhem" İngiltərədə Almaniyanın "Ayntraxt" (Frankurt) kollektivini, "Sportinq" isə Portuqaliyada Fransa "Marsel"ini qəbul edəcək. Bu qrupda hər komandanın pley-off şansı davam edir.
12 oktyabr
A qrupu
20:45. "Napoli" (İtaliya) - "Ayaks" (Niderland)
23:00. "Reyncers" (Şotlandiya) - "Liverpul" (İngiltərə)
Xal durumu: "Napoli" - 9. "Liverpul" - 6. "Ayaks" - 3. "Reyncers" - 0.
B qrupu
20:45. "Atletiko" (Madrid, İspaniya) - "Brügge" (Belçika)
23:00. "Bayer" (Almaniya) - "Portu" (Portuqaliya)
Xal durumu: "Brügge" - 9. "Bayer" - 3. "Portu" - 3. "Atletiko" - 3
C qrupu
23:00. "Viktoriya" (Plzen, Çexiya) - "Bavariya" (Almaniya)
23:00. "Barselona" (İspaniya) - "İnter" (İtaliya)
Xal durumu: "Bavariya" - 9. "İnter" - 6. "Barselona" - 3. "Viktoriya" - 0
D qrupu
23:00. "Tottenhem" (İngiltərə) - "Ayntraxt" (Frankurt, Almaniya)
23:00. "Sportinq" (Portuqaliya) - "Marsel" (Fransa)
Xal durumu: "Sportinq" - 6. "Tottenhem" - 4. "Ayntraxt" - 4. "Marsel" - 3.
Oxşar xəbərlər
Qrup liderliyi üçün mübarizə - Çempionlar Liqası
"Tottenhem" üçün önəmli matç - Çempionlar Liqası
4 komanda 1/8 finala yüksələcək - Çempionlar Liqası
"İnter" "Bavariya"ya, "Barselona" "Viktoriya"ya qarşı - Çempionlar Liqası
Qrup mərhələsinin təqvimi bilindi - Çempionlar Liqası
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Ayxan Abbasov millinin baş məşqçisi təyin edildi – RƏSMİ
-
“Qarabağ”ın daha 4 futbolçusu millidə
-
Niderlandın matçını azərbaycanlı hakim idarə edəcək - TƏYİNAT
-
"AFFA rəhbərliyinə təşəkkür edirəm" - Ayxan Abbasov
-
Belarus millisinin Azərbaycanla oyun üçün yekun heyəti - SİYAHI
-
AMADA rəsmisi beynəlxalq qurumda vəzifə aldı