Qazi futbolçu "Kəpəz"i çalışdıracaq -RƏSMİ
"Kəpəz"in sabiq futbolçusu, zəfərlə başa çatan 44 günlük Vətən müharibəsinin iştirakçısı, qazi Talıb Rzayev Gəncə təmsilçisində işləyəcək.
Sportfm.az xəbər verir ki, İdarə Heyətinin sədri İlqar Nadiri döyüşçü ilə görüşərək, onun 9 yaşlılardan ibarət komandaya məşqçi təyin edildiyini bildirib. O əlavə edib ki, yaxın günlərdə gənc mütəxəssisin AFFA-nın təşkil etdiyi məşqçi kurslarında iştirakı da mümkün olacaq. Artıq bu istəklə quruma müraciət olunub.
Hələ müharibə dövründə yaralı olan Rzayevə baş çəkən klub rəhbərliyi səhhətinin imkan verəcəyi halda gələcəkdə komandada məşqçi işləməsi və müvafiq kurslarda təhsil alması üçün şərait yaradılacağını bildirmişdi.
Qeyd edək ki, Gəncə futbolunun yetirməsi olan Talıb Rzayev “Kəpəz”in aşağı yaş qrupları ilə yanaşı, əsas komandasında da çıxış edib. O, “Cəsur döyüşçü”, "Füzuli, Qubadlı və Şuşa şəhərlərinin azad olunmasına görə" medalları ilə təltif edilib.
Oxşar xəbərlər
PFL rəhbərliyi Gəncədə oldu - FOTO
Gəncə stadionuna yenidən baxdılar
İcra başçısı Tərlan Əhmədovla görüşdü - FOTO
"Kəpəz" sabiq oyunçuları ilə yollarını ayırdı
“Kəpəz”də yeni təyinatlar
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Riçard Almeyda “Qarabağ”da işə başladı
-
Gülər Hüseynova finala yüksəldi - Yeniyetmələrin Yay Olimpiya Oyunları
-
“Sumqayıt”ın kapitanı Pakistan millisində
-
Lixtenşteyn – Azərbaycan matçının hakimləri bilindi - Millətlər Liqası
-
Rəhim Həsənov müahisəli epizodları şərh etdi - VİDEO
-
Yığmamız Almaniyaya böyük hesabla məğlub oldu

















Misli Premyer Liqası