reklam
PFL loqosunu dəyişir
Sportfm.az xəbər saytı

PFL loqosunu dəyişir


Peşəkar Futbol Liqasının (PFL) loqosu dəyişdiriləcək.

Sportfm.az PFL-in rəsmi saytına istinadən xəbər verir ki, qurum bununla bağlı loqotip dizaynı müsabiqəsi elan edib.

Bildirilib ki, yeni loqo hazırlandığı zaman onun Peşəkar Futbol Liqasının səlahiyyətlərinə uyğun olaraq, xüsusən, Azərbaycan futbolu ilə bağlı müxtəlif sahələrdə, məhsulların üzərində, tədbirlərdə istifadə olunacağı nəzərə alınmalı, təqdimat versiyası 1 mb-dən az olmamalı, tələb olunan format PNG və ya JPEG olmalıdır.

Məlumatda qeyd olunub ki, iştirakçıların dizayn təqdimetmə sayında məhdudiyyət yoxdur, amma bu zaman xüsusi diqqət edilməli məqam nümunələrin təkrarlanmamasıdır. Loqotipin müəllif hüquqlarını pozmamalı olduğu, indiyədək haradasa istifadə olunmuş loqoların qəbul edilməyəcəyi vurğulanıb.

PFL qalib gəlmiş loqotipə qismən dəyişiklik etmək, uyğunlaşdırmaq hüququnu özündə saxlayır.

Oxşar xəbərlər

"Neftçi"nin yeni loqosu - VİDEO
PFL-in yeni loqosu - FOTO
AFFA "Bakılı"ya yox dedi - Qərar
Gənclər və İdman Nazirliyi loqosunu dəyişdirir
Yeni rəhbərlik, yeni loqo - Cüdo federasiyası qabıq dəyişir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər