

Yeni rəhbərlik, yeni loqo -Cüdo federasiyası qabıq dəyişir
Azərbaycan Cüdo Federasiyası təşkilatın inkişaf strategiyasına uyğun olaraq, loqotipin yenilənməsini həyata keçirib.
Sportfm.az saytına Federasiyanın Mətbuat Xidmətindən verilən məlumata görə, yeni loqotip və korporativ kimlik hazırlanan zaman cüdonun yaradıcısı Ciqaro Kanonun müəyyən etdiyi dəyərlər və həmçinin, bu idman növü üzrə mövcud olan son trendlər əsas götürülüb.
Loqonun modern cizgiləri özündə “A” və “J” hərflərini əks etdirir ki, bu da “Azerbaijan Judo” deməkdir. Təsvirin yaradılmasına fərqli yanaşma nəticəsində cüdoda ən vacib fəndlərdən biri kimi “tai-otoshi” - iki cüdoçunun çiyin atışı fəndi loqoda unikal şəkildə vizuallaşdırılıb.
Federasiyanın baş katibi Rəşad Rəsullu bildirib ki, əsasını müasirlik, peşəkarlıq və sadəlik təşkil edən loqotipin hazırlanması zamanı bir sıra prinsiplər əsas götürülüb: “Sözsüz ki, ilk növbədə loqotip cüdo idman növü ilə assosiasiya edilməlidir və bu baxımdan, yeni loqotipdə cüdo fəndi əks etdirilib. Bundan başqa, Azərbaycan bayrağının rənglərindən biri ilə assosiativ çalardan istifadə olunub. Yeni loqotip minimalist üslubda hazırlanmaqla bu sahədə mövcud olan ən son meyllərə də əməl edilib”.
Bildirilib ki, yeni loqotip federasiyanın fəaliyyətində mərhələli olaraq tətbiq ediləcək və prosesin aprel ayının sonuna qədər yekunlaşdırılması planlaşdırılır.
Oxşar xəbərlər
7 yaşlı uşağın ölümünə səbəb olan idmançı ilə bağlı YENİ DETALLAR
PFL loqosunu dəyişir
AKF loqosunu dəyişdi - 22 ildən sonra
Cüdo Federasiyasının loqotipi yeniləndi - FOTO
Paralimpiya Komitəsinin yeni loqotipi təqdim olundu
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin