reklam
Gənclər və İdman Nazirliyi loqosunu dəyişdirir
Sportfm.az xəbər saytı

Gənclər və İdman Nazirliyi loqosunu dəyişdirir


Gənclər və İdman Nazirliyi yeni loqosunun hazırlanması ilə bağlı müsabiqə elan edib.

Sportfm.az xəbər verir ki, loqonun dizaynı gənclər və idmana dair ümumi elementləri ehtiva etməli, orijinal və konseptual görünüşlü olmalıdır.

Müsabiqəyə yalnız indiyədək istifadə edilməyən və mövcud loqotiplərin elementlərini təkrarlamayan loqolar təqdim edilməlidir.

Qalib gəlmiş loqo istənilən tərzdə təbliğat məhsullarında istifadəyə uyğun olmalıdır.

Təkliflər 10 iş günü ərzində - 16 martadək nazirliyə göndərilməlidir. Hər iştirakçı bir neçə layihə təqdim edə bilər. Müsabiqədə istənilən şəxs və ya şirkət iştirak edə bilər.

Təqdim olunan təkliflər komissiya tərəfindən dəyərləndiriləcək və müsabiqənin qalibi elan olunacaq. Qalibə mükafat təqdim ediləcək.

Oxşar xəbərlər

PFL loqosunu dəyişir
Cüdonun 50 illik yubileyi ilə bağlı müsabiqə elan olundu
Gənclər və İdman Nazirliyinin yeni loqosu - FOTO
Azərbaycan Qran-Prisində fotomüsabiqənin əhatə dairəsi genişləndirildi
AMADA müsabiqə elan etdi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər