Bakıda keçiriləcək turniri 16 ölkə yayımlayacaq
Bakıda keçiriləcək karate üzrə Premyer Liqa turnirini hansı ölkələrin TV-lərinin yayımlayacağı bilinib.
Sportfm.az xəbər verir ki, 16 ölkənin telekanalı 4 sentyabrda keçiriləcək medal görüşlərini göstərəcək.
Bunlar Əlcəzair, Bəhreyn, Xorvatiya, Misir, İran, İraq, İtaliya, Livan, Liviya, Mərakeş, Qətər, Səudiyyə Ərəbistanı, İspaniya, Suriya, Türkiyə və BƏƏ telekanallarıdır. Bunlardan Xorvatiyanın SPTV, İranın "Volant Media", İtaliyanın "Sky İtalia Rai", Mərakeşin "Arryadia" (SNRT), İspaniyanın "Teledeporte" (RTVE) və Türkiyənin "TRT Spor" telekanalları eksklüziv yayım hüquqlarına malikdir.
Azərbaycandan isə hansı telekanalın yarışı canlı göstərəcəyi hələ ki bilinmir.
WKF-in "Yutub" kanalı isə həm təsnifat, həm də medal görüşlərini canlı olaraq göstərəcək.
Qeyd edək ki, Bakıda ilk dəfə keçiriləcək karate üzrə Premyer Liqa turniri 2-4 sentyabrda baş tutacaq. Heydər Əliyev adına İdman Kompleksində baş tutacaq yarışda təsnifat döyüşləri 2-3 sentyabr saat 09:00-da başlayıb, 20:30-da başa çatacaq. 4 sentyabrda keçiriləcək bürünc medal döyüşləri 10:00-14:00, final görüşləri isə 15:30-18:30 vaxt aralığında keçiriləcək.
Oxşar xəbərlər
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
Klublarımız Avropa Liqasında mübarizəyə nə vaxt başlayacaq? - Təqvim
Asiman Qurbanlı medal şansını qaçırdı
20 Yanvar şəhidlərinin xatirəsinə beynəlxalq karate turniri keçiriləcək
PFL Gəncədən canlı yayım təşkil edəcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası