reklam
Sportfm.az xəbər saytı

"Foqtsu daha çox qolf meydançaları cəlb edir" - Nazarov


"Erzgebirge"də çıxış edən millimizin üzvü Dmitri Nazarov "Liga3-online" nəşrinə müsahibə verib.

Sportfm.az xəbər verir ki, o, müsahibə zamanı millimizin sabiq baş məşqçisi Berti Foqtsla əlaqə saxlayıb-saxlamadığı ilə bağlı sualı belə cavablandırıb: "Təəssüf ki, artıq onunla əlaqə saxlamıram. Artıq bir neçə ildir ki, bir-birimizi görmürük.  O, indi futbol stadionundan daha çox qolf meydançaları cəlb edir. Ona görə də daha tez-tez rastlaşmırıq (gülür)".

Nazarov beynəlxalq arenada unuda bilmədiyi oyunun hansı olduğunu da açıqlayıb: "2017-ci ilin martında Almaniyaya Bakıda 1:4 hesabı ilə uduzduğumuz DÇ-2018-in seçmə mərhələsinin matçını unuda bilmirəm. Bir neçə oyun top buraxmayan Almaniyaya qol vurdum. Belə bir seriyanı qırmaq gözəl təcrübə idi. Bu, şübhəsiz ki, əbədi olaraq xatırlanacaq".

Oxşar xəbərlər

Millimizin sabiq futbolçusu kapitanlıqdan məhrum edildi
Son mövsümün ən yaxşısı – Nazarov
Nazarov oynamadı, komandası böyük hesabla uduzdu
Nazarov Almaniyada növbəti qolunu vurdu
Nazarov narazılıq etdi, ehtiyatda qaldı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər