reklam
Nazarov Almaniyada növbəti qolunu vurdu
Sportfm.az xəbər saytı

Nazarov Almaniyada növbəti qolunu vurdu


Almaniya 2-ci Bundesliqasında 10-cu tura start verilib.

Sportfm.az xəbər verir ki, millimizin futbolçusu Dmitri Nazarovun şərəfini qoruduğu "Erzgebirge" bu turda doğma meydanda "Nürnberq"lə qarşılaşıb və 4:3 hesabı ilə qalib gəlib. Nazarov start heyətdə meydana daxil olub və 90 dəqiqə oynayıb. Komandasının ilk qolunu da millimizin futbolçusu vurub. O, 62-ci dəqiqədə penaltidən fərqlənib. Bununla da Nazarov bu mövsüm vurduğu qolların sayını 5-ə çatdırıb.

"Erzgebirge" - "Nürnberq" - 4:3
Qollar: Frey, 51 (0:1), Nazarov, 62-pen (1:1), Hoşeydt, 75 (2:1), Qeis, 78 (2:2), Mihoyeviç, 86 (3:2), Qeis, 90+2-pen (3:3), Kruqer, 90+4 (4:3)
10 turdan sonra 18 xalı olan "Erzgebirge" 4-cü pillədə qərarlaşıb.

Oxşar xəbərlər

Nazarov qol vurdu, komandası uddu
Nazarovdan növbəti qol
Nazarov Almaniyada yenə qol vurdu
Millimizin üzvü üçün 90 dəqiqə
Nazarov narazılıq etdi, ehtiyatda qaldı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər