reklam
Sportfm.az xəbər saytı

"Sumqayıt" "Turan Tovuz"a, "Neftçi" "Zirə"yə qarşı -Misli Premyer Liqası


Bu gün futbol üzrə Misli Premyer Liqasında IV tura start veriləcək.

Sportfm.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma keçiriləcək.

Turun açılış matçı Sumqayıtda olacaq. Şəhərin eyniadlı komandası "Turan Tovuz"u qəbul edəcək. Meydan sahibləri 1 xalla 9-cu, rəqibindən bir oyun az keçirən Tovuz klubu 3 xalla 6-cı pillədə qərarlaşıb. Komandalar indiyədək Premyer Liqada qarşılaşmayıblar.

Günün digər görüşündə "Neftçi" "Zirə"ni qəbul edəcək. "Ağ-qaralar" 6 xalla 4-cü, "qartallar" isə 4 xalla 5-cidir. Bu, tərəflərin Premyer Liqadakı 27-ci matç olacaq. Əvvəlki görüşlərin 12-də qonaqlar, 7-də meydan sahibləri qələbə qazanıb. Topların nisbəti isə bərabərdir - 27:27.

Azərbaycan Premyer Liqası, IV tur

26 avqust (cümə)

18:00. “Sumqayıt” – “Turan Tovuz”
Hakimlər: İnqilab Məmmədov, Rahil Ramazanov, Rəhman İmami, Əli Əliyev
VAR: Cavid Cəlilov
AVAR: Cəmil Quliyev
Hakim-inspektor: Ramil Diniyev
“Kapital Bank Arena”

20:30. “Neftçi” – “Zirə”
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Rauf Allahverdiyev
VAR: Kamal Umudlu
AVAR: Namiq Hüseynov
Hakim-inspektor: Babək Quliyev
“Bakcell Arena”

Qeyd edək ki, IV turun "Səbail" - "Kəpəz" və "Qarabağ" - "Şamaxı" oyunları avqustun 27-də, "Qəbələ" - "Sabah" görüşü isə avqustun 28-də keçiriləcək.

Oxşar xəbərlər

"Neftçi" "Turan Tovuz"a, "Səbail" "Sumqayıt"a qarşı - Misli Premyer Liqası
"Qarabağ" "Qəbələ"ni, "Şamaxı" "Zirə"ni qəbul edəcək - Misli Premyer Liqası
"Qarabağ" Şamaxı səfərində - Misli Premyer Liqası
"Neftçi" "Sabah"ı məğlub edə biləcəkmi? - YENİLƏNİR
"Şamaxı" Şamaxıda debüt edəcək - Premyer Liqa

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər