"Neftçi" "Sabah"ı məğlub edə biləcəkmi? -YENİLƏNİR
Futbol üzrə Azərbaycan Premyer Liqasında XI tura yekun vurulacaq.
Sportfm.az xəbər verir ki, sonuncu oyun günündə daha iki qarşılaşma keçiriləcək.
Günün ilk görüşündə "Səbail" "Şamaxı"nı qəbul edəcək. Meydan sahibləri 9 xalla 7-ci, qonaqlar 3 xalla sonuncu - 8-ci pillədə qərarlaşıb. Komandalar indiyədək ölkə çempionatlarında 20 dəfə üz-üzə gəliblər. Bunların 7-də paytaxt təmsilçisi, 6-da bölgə klubu qələbə qazanıb. Topların nisbəti isə bərabərdir - 21:21.
Tura "Neftçi" - "Sabah" oyunu ilə yekun vurulacaq. "Ağ-qaralar" 22 xalla üçüncü, qonaqlar 25 xalla ikinci sıradadır. Tərəflər Premyer Liqada 16 dəfə qarşılaşıblar. 12 dəfə "Neftçi", 2 dəfə "Sabah" meydanı 3 xalla tərk edib. Topların nisbətində də meydan sahibləri aşkar üstündür - 29:10.
Azərbaycan Premyer Liqası, XI tur
23 oktyabr (bazar)
16:00. “Səbail” – “Şamaxı”
Hakimlər: İnqilab Məmmədov, Cavanşir Yusifov, Rahil Ramazanov, Səbuhi Bayramov
Hakim-inspektor: Ramil Diniyev
“ASCO Arena”
18:30. “Neftçi” – “Sabah”
Hakimlər: Kamal Umudlu, Rəhman İmami, Vüsal Məmmədov, Tural Qurbanov
Hakim-inspektor: Anar Salmanov
“Bakcell Arena”
Oxşar xəbərlər
"Qarabağ" "Qəbələ"ni, "Şamaxı" "Zirə"ni qəbul edəcək - Misli Premyer Liqası
"Qarabağ" Şamaxı səfərində - Misli Premyer Liqası
"Şamaxı" Şamaxıda debüt edəcək - Premyer Liqa
"Zirə" və "Neftçi" meydana çıxacaq - YENİLƏNİR
“Qəbələ” “Səbail”ə, “Neftçi” “Keşlə”yə qarşı - Azərbaycan Premyer Liqası
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası