Boş tribunalar, sığınacaqlar -Ukrayna çempionatı başladı
Futbol üzrə Ukrayna Premyer Liqasında 2022/23 mövsümünə start verilib.
Sportfm.az xəbər verir ki, Rusiyanın bu ölkəyə hərbi müdaxiləsi səbəbindən 6 ay idi futbolsuz qalan Ukraynada nəhayət ki, ilk rəsmi matç baş tutub.
Belə ki, bu gün yeni mövsümün açılış matçı çərçivəsində Donetsk “Şaxtyor”u Xarkov “Metallist”ini qəbul edib. Kiyevdəki “Olimpiya” stadionunda baş tutan matçda hesab açılmayıb.
Günün digər oyunlarında Odessa “Çernomorets”i “Veres-Rivne”yə, “Krivbass” “Kolos”a 0:1 hesabıyla uduzub. Luqansk “Zarya”sı isə “Vorskla” üzərində 3:1 hesablı qələbəyə sevinib.
Müharibə səbəbindən oyunlar yalnız Kiyevdə və daha etibarlı olan qərb bölgəsində azarkeşsiz keçirilir. Matçların keçirildiyi stadionlarda xüsusi sığınacaqlar da qurulub.
Oxşar xəbərlər
Ukrayna çempionatında yeni mövsümə start verildi
Ukrayna klubları ev oyunlarını bu ölkədə keçirəcək
Ukrayna klubunun futbolçusu Avropa Liqasında yeni rekordçudur
"Qarabağ"ın rəqibi çətin qələbəyə sevindi - VİDEO
"Qarabağ"ın rəqibi ev oyununda qalib gəldi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası