reklam
Ukrayna klubları ev oyunlarını bu ölkədə keçirəcək
Sportfm.az xəbər saytı

Ukrayna klubları ev oyunlarını bu ölkədə keçirəcək


Ukraynanın futbol klublarının yeni mövsümdə avrokubok oyunlarını keçirəcəkləri ölkə məlum olub.

Sportfm.az xəbər verir ki, Ukrayna klubları rəqiblərini Polşada qəbul edəcək.

Ukraynanın Çempionlar Liqasındakı təmsilçiləri – Donetsk “Şaxtyor”u ev oyunlarını paytaxt Varşavada, Kiyev “Dinamo”su isə Vrotslav şəhərində keçirəcək.

UEFA Konfrans Liqasında mübarizə aparacaq “Zarya” və “Vorskla” Lodz şəhərini seçiblər. Avropa Liqasına vəsiqə qazanan “Dnepr-1” komandası isə hələlik seçim etməyib.

Ukraynanın milli komandaları və klubları ölkədəki müharibə səbəbindən beynəlxalq arenadakı ev oyunlarını neytral meydanda keçirirlər.

Rusiya qoşunları fevralın 24-dən Ukraynaya hücuma keçiblər. Bu hücum bütün dünyada kəskin etirazlara səbəb olub. Bu hücumdan sonra Rusiyaya qarşı bir çox sanksiyalar tətbiq edilməyə başlanıb. Həmçinin, Rusiyanın və onun müttəfiqi olan Belarusun müxtəlif idman növləri üzrə komandaları da qadağalarla üzləşib.

Oxşar xəbərlər

“Dinamo” – “Fənərbaxça” matçı İngiltərədə keçiriləcək - Zelenski danışıqlara başladı
Belarus klubu ev oyunlarını Azərbaycanda keçirəcək
Ukraynadakı Olimpiya İdman Kompleksi atəşə tutuldu
Ruslar daha bir ukraynalı futbolçunu öldürdü
Rusiya FİFA-dan uzaqlaşdırılacaq - Martın 31-də

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər