reklam
Britaniyanı təmsil edən azərbaycanlı gimnast  Avropa çempionu oldu -
Sportfm.az xəbər saytı

Britaniyanı təmsil edən azərbaycanlı gimnast Avropa çempionu oldu -VİDEO


Böyük Britaniyanı təmsil edən Azərbaycan əsilli idman gimnastı Cesika Qədirova ardıcıl ikinci dəfə Avropa çempionu olub.

Sportfm.az xəbər verir ki, 17 yaşlı idman gimnastı Almaniyanın Münxen şəhərində keçirilən Avropa çempionatında döşəmə üzərində sərbəst hərəkətlərə görə hamıdan yaxşı nəticə göstərib.

O, 14.000 nəticə ilə qızıl medal qazanıb. Gümüş və bürünc medalları italiyalılar – Martina Maccio və Ancela Andreoli əldə edib. Cesikanın əkiz bacısı Cenifer Qədirova isə 13.466 nəticə ilə 5-ci olub.

Xatırladaq ki, əkiz bacılar bu Avropa çempionatında Böyük Britaniya millisinin heyətində komanda şəklində gümüş medallara da yiyələniblər.

Qeyd edək ki, Cesika Qədirova ötən il İsveçrənin Bazel şəhərində keçirilmiş Avropa çempionatında da döşəmə üzərində hərəkətlərdə qızıl medal qazanmışdı.

Oxşar xəbərlər

Azərbaycanlı gimnastdan böyük uğur - Dünya çempionu oldu
Azərbaycanlı gimnast ilin ən yaxşısı oldu - Avropada
Azərbaycanlı bacılar Tokioda medal qazandı - Tokio-2020
Quliyev Polşada bürünc medal qazandı
Azərbaycan güləşi üçün 2017-ci ilin yekunu

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər