reklam
Azərbaycanlı bacılar Tokioda medal qazandı -
Sportfm.az xəbər saytı

Azərbaycanlı bacılar Tokioda medal qazandı -Tokio-2020


Əslən azərbaycanlı olan Cessika və Cennifer Qədirova bacılarının yer aldığı Böyük Britaniyanın qadın gimnastika milli komandası Tokio-2020-də bürünc medal qazanıb.

Sportfm.az xəbər verir ki, bu, Britaniyanın gimnastikada 93 illik fasilədən sonra Yay Olimpiya Oyunlarındakı ilk mükafatıdır. 16 yaşlı əkiz azərbaycanlı bacıların bu nailiyyətin qazılmasında böyük rolu olub.

Xatırladaq ki, Cessika bu il İsveçrədə keçirilən Avropa çempionatının qalibi olub. Cennifer isə 2019-cu ildə yeniyetmələr arasında dünya çempionatının gümüş medalını qazanıb.

Qədirova bacılarının valideynləri azərbaycanlıdırlar. Atası Natiq Qədirov bir müddət əvvəl verdiyi müsahibədə 2001-ci ildə Böyük Britaniyaya köçdüklərini deyib. Altı övladı var. Cessika və Cennifer 2004-cü ildə İrlandiyada doğulublar. “İşlə əlaqədar İrlandiyaya getmişdik. Uşaqların da doğuşu həmin səfər vaxtına tuş gəldi”.

Əkiz bacılar həm İrlandiya, həm də Böyük Britaniya vətəndaşlarıdırlar. Valideynləri isə orada oturum izni ilə yaşayırlar. (qol.az)

 

Oxşar xəbərlər

Azərbaycanlı gimnastdan böyük uğur - Dünya çempionu oldu
Britaniyanı təmsil edən azərbaycanlı gimnast Avropa çempionu oldu - VİDEO
Azərbaycanlı gimnast ilin ən yaxşısı oldu - Avropada
Görün Olimpiya medalını necə qazandı! - Tokio-2020
Ramil Quliyev Brilliant Liqasında gümüş medal qazandı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər