reklam
AÇ-yə qələbə ilə başladıq -
Sportfm.az xəbər saytı

AÇ-yə qələbə ilə başladıq -Uğur


Türkiyənin Ərzurum şəhərində məktəbli oğlan və qız boksçular arasında Avropa birinciliyi davam edir.

Sportfm.az xəbər verir ki, yarışın ikinci günündə Azərbaycan yığmasının daha 2 idmançısı çıxışını qələbə ilə başa vurub.

Raul Əsədullayev ilkin mərhələdə Miklas Maksimilianla (Slovakiya) qarşılaşıb. 50 kq çəki dərəcəsində mübarizə aparan boksçu rəqibini 5:0 (30:27, 30:26, 30:26, 29:27, 30:26) hesabı ilə məğlub edib.

Səma Hüseynova (54 kq) isə ilk görüşündə gürcüstanlı Məryəm Tçapodzedən güclü olub. O, 5:0 (29:28, 30:27, 30:27, 30:27, 30:27) hesabı ilə qalib gəlib.

Əli Baxışov (42 kq), Rza Rzayev (57 kq) və Mədinə Məmmədova (60 kq) isə məğlub olaraq mübarizəni dayandırıblar.

28 ölkədən 378 idmançının qatıldığı yarışın ilk günündə yığmanın 4 üzvü ilkin mərhələ döyüşünü qələbə ilə bitirib.

Oxşar xəbərlər

3 boksçumuz qələbə qazandı - Dünya Kuboku
2 boksçumuz 1/4 finalda - Avropa çempionatı
Boksçularımız Avropa çempionatında mərhələ adladı
AÇ-yə 22 boksçu ilə
Boksçularımız Avropa birinciliyində mərhələ adladı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər