3 boksçumuz qələbə qazandı -Dünya Kuboku
Monteneqronun Budva şəhərində gənc boksçular arasında Dünya Kuboku davam edir.
Sportfm.az xəbər verir ki, yarışın ikinci günündə Azərbaycan millisinin daha 3 boksçusu mərhələ adlayıb.
51 kq çəkidə rinqə çıxan Sübhan Məmmədov 1/8 final çərçivəsində Kris Hippokrata (Fransa) qalib gəlib. O, rəqibini 5:0 (30:26, 30:25, 30:27, 30:27, 30:27) hesabı ilə məğlub edib. Məmmədov növbəti döyüşündə rusiyalı Amin Abdillinlə üz-üzə gələcək.
Məhəmmədəli Aşurəliyev (57 kq) də ilk döyüşünü aktivinə yazıb. Dimo Toniyev (Bolqarıstan) üzərində 5:0 (30:27, 30:25, 30:27, 30:27, 30:25) hesabı ilə qələbə qazanan boksçu 1/4 finalda belçikalı Lorenzo Kamposeo ilə münasibətinə aydınlıq gətirəcək.
Aynur Mikayılova (52 kq) isə artıq özü üçün bürünc medalı təmin edib. O, buna 1/4 finalda Özdəm İrəmi (Türkiyə) 4:1 (30:27, 28:29, 29:28, 29:28, 30:27) hesabı ilə məğlub etməklə nail olub. Mikayılova yarımfinalda Anastasiya Kulla (Rusiya) qarşılaşacaq.
Hər 3 boksçumuzun növbəti döyüşü martın 17-nə təsadüf edəcək.
Qeyd edək ki, 25 ölkədən 176 (58 qız, 118 oğlan) boksçunun qatıldığı turnirin üçüncü günündə 4 boksçumuz rinqə çıxacaq.
Oxşar xəbərlər
Boksçumuz dünya kubokunun finalına yüksəldi
Boksçularımız beynəlxalq turnirə qələbə ilə başladı
Azərbaycan boksçusu finalda - Millətlər kuboku
Aynur Mikayılova finala vəsiqə qazandı
2 boksçumuz 1/4 finalda - Avropa çempionatı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Şəfa" - "Turan Tovuz" - START HEYƏTLƏR
-
"Bu barədə onun özündən soruşsanız, daha yaxşı olar" - Kurban Berdıyev
-
Yığmamız Avstriyaya qalib gəldi - Dünya çempionatı
-
Cəmilə Muradlı Avropa çempionu oldu - UĞUR
-
"Qarabağ" "İmişli"yə, "Turan Tovuz" "Şəfa"ya qarşı - Premyer Liqa
-
"Turan" 3 xal qazandı - Premyer Liqa















Misli Premyer Liqası