reklam
Boksçularımız Avropa çempionatında mərhələ adladı
Sportfm.az xəbər saytı

Boksçularımız Avropa çempionatında mərhələ adladı


Türkiyənin Ərzurum şəhərində məktəbli oğlan və qız boksçular arasında Avropa birinciliyi davam edir.

Sportfm.az xəbər verir ki, yarışın dördüncü günündə Azərbaycan yığmasının daha 2 idmançısı mərhələ adlayıb.

Sübhan Babayev (44 kq) 1/8 final mərhələsi çərçivəsində Emanuel Çyoaba (Rumıniya) ilə qarşılaşıb. Görüş təmsilçimizin 5:0 (30:26, 30:27, 30:27, 30:27, 30:27) hesablı qələbəsi ilə başa çatıb. Sübhan 1/4 finalda gürcüstanlı Sotne Muntçava ilə üz-üzə gələcək.

Kənan Aslanlı (60 kq) da 1/4 finala yüksəlib. O, macarıstanlı Roland Banqonun ardınca Stiliyan Qeorqiyevi (Bolqarıstan) də tam üstünlüklə məğlub edib. Boksçumuz 1-ci raundda qələbəsini rəsmiləşdirib. Aslanlı yarımfinala gedən yolda yunanıstanlı Petros Topalosla gücünü yoxlayacaq.

1/4 final mərhələsinin döyüşləri sabah keçiriləcək.

Qeyd edək ki, Avropa birinciliyində 28 ölkədən 378 idmançı mübarizə aparır.

Oxşar xəbərlər

3 boksçumuz Avropa birinciliyində mərhələ adladı
2 boksçumuz 1/4 finalda - Avropa çempionatı
Azərbaycan millisi 5 medal qazandı - Avropa birinciliyi
Üç boksçumuz dörddəbir finalda - Avropa birinciliyi
Boksçularımız Avropa birinciliyində mərhələ adladı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər