reklam
“Turan Tovuz” – “Qəbələ” görüşünü 5 mindən çox azarkeş izlədi -
Sportfm.az xəbər saytı

“Turan Tovuz” – “Qəbələ” görüşünü 5 mindən çox azarkeş izlədi -Son 3 ildə ilk


Futbol üzrə Azərbaycan Premyer Liqasının 1-ci turunun “Turan Tovuz” – “Qəbələ” görüşünü 5500 tamaşaçı izləyib.

Sportfm.az xəbər verir ki, Azərbaycan çempionatının oyununda belə çox azarkeşə sonuncu dəfə təxminən 3 il əvvəl təsadüf olunub.

2019/20 mövsümünün 4-cü turunda “Qarabağ”la “Neftçi” arasında qarşılaşmanı 7 min seyrçi izləyib. 2019-cu il sentyabrın 15-də baş tutan Azərbaycan derbisində Ağdam klubu 2:0 hesabı ilə qalib gəlib. Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan həmin görüşdən 1058 gün sonra Premyer Liqada tamaşaçı sayı ilk dəfə 5 mini keçib.

Bu müddətdə 2019/20 mövsümü 20 turdan sonra dayandırılıb, 2020/21 mövsümü tamaşaçısız keçirilib. 2021/22 mövsümü və 2019/20 mövsümünün baş tutan son 16 turunda belə göstərici qeydə alınmayıb.

Ümumilikdə isə 1-ci turu 10 600 izləyici seyr edib. Bu rəqəm orta hesabla hər görüşə 2150 nəfərə bərabərdir. Bu da son 1058 gün üçün rekorddur. 2019/20 mövsümünün 4-cü turunun 4 qarşılaşmasında 9800, orta hesabla 2450 azarkeş olub.

Tovuz şəhər stadionundakı matçda qonaqlar 2:0 hesabı ilə qalib gəlib.

Oxşar xəbərlər

Azərbaycanda son 10 ilin azarkeş rekordu - 12600 tamaşaçı
7 min tamaşaçı - mövsümdə ikinci göstərici
Topaz Premyer Liqasının 22-ci turunda neçə azarkeş qeydə alındı?
"Qəbələ"də azarkeşə futbol lazım deyil!
Azərbaycan Premyer Liqasında daha bir antirekord

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər