reklam
Azərbaycan Premyer Liqasında daha bir antirekord
Sportfm.az xəbər saytı

Azərbaycan Premyer Liqasında daha bir antirekord


Azərbaycan Premyer Liqasının 6-cı turunu stadiondan izləyən azarkeş sayı məlum olub.

Sportfm.az xəbər verir ki, n çox azarkeş “Qarabağ” - “Sumqayıt” oyununda (4:1) qeydə alınıb. Tofiq Bəhramov adına Respublika stadionunda keçirilmiş matçı cəmi 1400 tamaşaçı tribunalardan izləyib.
Turun ən aşağı nəticəsi isə Mərdəkandakı “Dalğa Arena”da qeydə alınıb. “Səbail”in “Kəpəz” üzərində 1:0 hesablı qələbəsinə, cəmi 300 azarkeş tribunalardan canlı şahidlik edib.
Digər oyunlardan Qəbələ şəhər stadionunda keçirilmiş “Qəbələ” - “Neftçi” qarşılaşmasını (2:1) 1000, Zirə idman kompleksinin stadionunda baş tutmuş “Zirə” - “İnter” matçını (1:1) isə 1200 tamaşaçı tribunalardan izləyib.
Ümumilikdə, turun 4 oyununu 3900 azarkeş izləyib ki, bu da hər oyuna orta hesabla 975 tamaşaçı deməkdi. Xatırladaq ki, bu nəticə cari mövsümdə qeydə alınmış ən aşağı nəticədi.

Oxşar xəbərlər

27-ci turda 4910 tamaşaçı!
"Qəbələ"də "rekord" tamaşaçı sayı - 250 nəfər
Topaz Premyer Liqasının 22-ci turunda neçə azarkeş qeydə alındı?
"Qəbələ"də azarkeşə futbol lazım deyil!
"Kəpəz"in oyununda 1000, "Neftçi"də 4000 - FOTO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər