Medinanın zədəsi ciddidir -Açıqlama
"Qarabağ"ın zədəli futbolçusu Kevin Medinanın son durumuna aydınlıq gəlib.
Sportfm.az xəbər verir ki, kolumbiyalı müdafiəçinin zədəsi ciddidir.
O, MRT müayinəsindən keçən 29 yaşlı oyunçunun qasıq bağlarında yırtıq aşkarlandığını bildirib: "Medina yaxın günlərdə ölkə xaricində əməliyyat olunacaq. Həkimlər indiki vəziyyətdə bərpa prosesinin 2 aya yaxın çəkəcəyini bildiriblər. Amma əməliyyatdan sonra bununda bağlı daha dəqiq məlumat veriləcək".
Qeyd edək ki, Kevin Medina "Qarabağ"ın İsveçrədə "Sürix"lə 2:2 hesablı heç-heçə etdiyi UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyununda zədələnib. Bakıda Sürix şəhərinin eyniadlı təmsilçisini 3:2 hesabı ilə məğlub edən "Qarabağ" səfərdəki matçın əsas vaxtında rəqibinə 1:2 hesabı ilə uduzub. Qurban Qurbanovun baş məşqçi olduğu komanda əlavə vaxtda vurduğu qol sayəsində növbəti mərhələyə yüksəlib – 2:2. "Köhlən atlar" Çempionlar Liqasının III təsnifat mərhələsində Macarıstanın "Ferentsvaroş" klubu ilə üz-üzə gələcək. Azərbaycan təmsilçisi ilk matçını avqustun 3-də Bakıda, cavab qarşılaşmasını isə avqustun 9-da Budapeştdə keçirəcək.
Oxşar xəbərlər
Kevin Medina Bakıya gəldi və...
"Daha çoxunu bacara bilərdik" - Ancillo Kanepa
“Qarabağ” üçün üzücü xəbər - Medina oynamayacaq
Ağdam klubu ön sıralarda
"Qarabağ" bu gün "Sürix"lə cavab oyununa çıxacaq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası