Ağdam klubu ön sıralarda
UEFA Çempionlar Liqasında II təsnifat mərhələsinin cavab oyunlarından sonra statistik göstəricilər açıqlanıb.
Sportfm.az xəbər verir ki, "Qarabağ" qitənin bir nömrəli klub turnirində ən çox qol vuran komandaların siyahısında yer alıb.
"Köhlən atlar" 4 oyunda ümumilikdə 10 dəfə fərqlənib. Azərbaycan təmsilçisi bu göstəriciyə görə III təsnifat mərhələsindəki rəqibi Macarıstan "Ferentsvaroş"u ilə birlikdə 3-4-cü yerləri bölüşdürür. Norveç "Budyo Qlimt"i 12 qolla birinci, İslandiya "Vikinqur"u 10 qolla ikinci pillədə qərarlaşıb.
"Qarabağ"ın yarımmüdafiəçisi Kadi Borges bombardirlik cədvəlində 4 qolla ikinci yerdədir. "Budyo Qlimt"dən Viktor Bonifeys siyahıya başçılıq edir - 5.
Qeyd edək ki, Bakıda "Sürix"i 3:2 hesabı ilə məğlub edən "Qarabağ" səfərdəki matçın əsas vaxtında rəqibinə 1:2 hesabı ilə uduzub. Qurban Qurbanovun baş məşqçi olduğu komanda əlavə vaxtda vurduğu qol sayəsində növbəti raunda yüksəlib – 2:2. "Köhlən atlar" Çempionlar Liqasının III təsnifat mərhələsində Macarıstanın "Ferentsvaroş" klubu ilə üz-üzə gələcək. Ağdam komandası ilk görüşünü 2 və ya 3 avqustda Bakıda, cavab qarşılaşması isə avqustun 9-da Macarıstanın paytaxtı Budapeştdə olacaq.
N | Klublar | O | Q | H | M | T-F | X |
1 | Qarabağ | 30 | 23 | 3 | 4 | 83-29 | 72 |
2 | Neftçi | 30 | 13 | 8 | 9 | 39-30 | 47 |
3 | Zirə | 30 | 12 | 10 | 8 | 26-18 | 46 |
4 | Sumqayıt | 30 | 11 | 11 | 8 | 28-33 | 44 |
5 | Sabah | 30 | 12 | 7 | 11 | 42-37 | 43 |
6 | Turan Tovuz | 30 | 11 | 9 | 10 | 46-40 | 42 |
7 | Səbail | 30 | 10 | 9 | 11 | 45-49 | 39 |
8 | Araz-Naxçıvan | 30 | 8 | 8 | 14 | 28-42 | 32 |
9 | Kəpəz | 30 | 8 | 7 | 15 | 35-57 | 31 |
10 | Qəbələ | 30 | 4 | 4 | 22 | 21-58 | 16 |
N | Klublar | O | Q | D | M | VQ | BQ | X |
1 |
Araz Naxçıvan |
18 |
15 |
2 |
1 |
141 |
27 |
47 |
2 |
Baku Fire |
18 |
11 |
5 |
2 |
132 |
46 |
38 |
3 |
Neftçi İK İB |
18 |
11 |
3 |
4 |
162 |
56 |
36 |
4 |
Yasamal Bakı |
18 |
6 |
2 |
10 |
79 |
149 |
20 |
5 |
U-19 |
18 |
2 |
3 |
13 |
61 |
141 |
9 |
6 |
Record club |
18 |
1 |
1 |
16 |
32 |
188 |
4 |
Bombardirlər: Reza Abgoun (Neftçi İK) - 55, Kənan Manafov (Baku Fire) - 49, Rüstəm Bağırov (Yasamal Bakı) - 41 qol
N | Klublar | O | Q | H | M | T-F | X |
1 | Qaradağ Lökbatan | 22 | 14 | 6 | 2 | 38-14 | 48 |
2 | İmişli | 22 | 12 | 7 | 3 | 34-15 | 43 |
3 | Şamaxı | 22 | 11 | 9 | 2 | 47-18 | 42 |
4 | MOİK | 22 | 12 | 5 | 5 | 43-22 | 41 |
5 | Karvan | 22 | 9 | 5 | 8 | 26-26 | 32 |
6 | Zaqatala | 22 | 6 | 8 | 8 | 27-28 | 26 |
7 | İrəvan | 22 | 7 | 2 | 13 | 25-47 | 23 |
8 | Mingəçevir | 22 | 6 | 4 | 12 | 16-32 | 22 |
9 | Difai Ağsu | 22 | 4 | 5 | 13 | 26-38 | 17 |
10 | Araz Saatlı | 22 | 3 | 1 | 18 | 22-64 | 10 |